edulandiya

Siz dəyərli tələbələrimizin yolunu gözləməkdəyik.

Bizim üçün tələbələrimizin sevinci və məmnuniyyəti əsas amillər arasındadır. Dərslə bağlı qarşılaşdığınız problemlərdə sizə kömək etməyi özümüzə borc hesap edirik və bunun üçün çalışırıq. Edulandiya Təhsil Mərkəzi 8 ildir fəaliyyət göstərdiyi müddətdə, müvəffəqiyyətli tədris mərkəzi olmuşdur. Bu müvəffəqiyyətin əsas memarları savadlı, öz işinə ciddi yanaşan, tələbələrinə həmişə yüksək ideyalar aşılayan, öz peşəsində ixtisaslaşmış müəllimlərimiz olmuşdur. Edulandiya Təhsil Mərkəzi olaraq hörmətli müəllimlərimizə təşəkkür etməyi özümüzə borc hesab edirik. 2008-dən BU GÜNƏ QƏDƏR EYNİ İDEYA, DİSİPLİN VƏ QƏRARLIQLA…

Vizyonumuz

Türkiyədə tələbələrimizin təhsil almaları üçün müasir və yeni vasitələri inkişaf etdirən güclü və öncü mərkəz olmağı

Misyonumuz

Gənclərə və Həkimlərə Türkiyənin ən keyfiyyətli universitet və xəstəxanalarında təhsil almaları üçün tədris dəstəyini vermək

Hədəfimiz

Bizcə bacarıqsız tələbə yoxdur, hər tələbənin özünə məxsus dərs hazırlama metodu vardır. Bu inamla keçdiyimiz dərslərdə tələbələrin dərsi başa düşməsini, qavramasını nəzərə alaraq, aylıq və illik dərs proqramları hazırladıq. Məqsəsdimiz tələbələrə dərs hazırlama alışqanlığı və sevgisini qazandıraraq motivasyonlarını yüksəltməkdən ibarətdir. Müəllim və tələbələr arasında sağlam dialoq qurulmasını və tələbələrin dərslə bağlı qarşılaşdıqları problemlərin o anda həll edilməsini təşkil edirik. Edulandiya Təhsil Mərkəzi dərslərin keyfiyyətli olmasını əsas götürərək, tələbələrə mümkün olan ən az vaxtda verilən dərsləri öyrənməyi və yadda saxlamağı özünə əsas hədəf olaraq mənimsəmişdir. Tələbələrin güvənini qazana bilmək bizim əsas hədəflərimiz arasında yer almaqdadır. Bunun üçün Edulandiya Təhsil Mərkəzi aşağıdakı sahələr üzrə hazırlıq kursları təşkil edir:

  • TUS/DENKLİK imtahanlarına hazırlıqda,
  • YDS imtahanlarına hazırlıqda,
  • REZİDENTURA imtahanlarına hazırlıqda,
  • TIP DİL imtahanına hazırlıqda,